IQNA

Meksikada Fələstinə dəstək üçün böyük divar rəsmi açılıb

2:35 - February 09, 2025
Xəbər sayı: 3497588
İQNA - Meksikalı fəallar Fələstin xalqı ilə həmrəy olduqlarını bildirmək üçün böyük bir divar rəsmini açıblar.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, meksikalı fəallar ölkənin küçələrindən birində yerləşən meydanda Fələstin bayrağının əks olunduğu böyük divar rəsmini çəkərək Fələstin davası ilə həmrəy olduqlarını bildiriblər.

Qəzzada atəşkəsə baxmayaraq, bütün dünya fəalları fələstinlilərə dəstək üçün etiraz aksiyaları və nümayişlər keçirməyə davam edir.

Meksika prezidenti Klaudiya Şinbaum Fələstin dövlətinin tanınmasına çağırıb və bunu Yaxın Şərqdə sülhə doğru atılan addım kimi qiymətləndirib.

Claudia Sheinbaum, "İsrail dövləti tanıdığı kimi Fələstin də tanınmalıdır. Bölgədəki zorakılıq və müharibənin heç bir müsbət nəticəsi olmayacaq" dedi.

Meksika həm rəsmi, həm də ictimai nümayişlər vasitəsilə həmişə Fələstin davasının tərəfdarı olub.

Meksika paytaxtının Milli Siyasi Hazırlıq İnstitutu “Fələstin mövcuddur” şüarı ilə Fələstinlə Həmrəylik Günü elan edib və sionist rejimin 1948-ci ildən bəri həyata keçirdiyi işğal, qəsəbə salınması və aparteid həqiqətlərini işıqlandıran bir sıra konfrans, seminar və sərgilər təşkil edib.

4264349

Teqlər: fələstin ، meksika ، dəstək ، aksiya
captcha