"Bab.net" saytının verdiyi məlumata görə, Məscidül-Əqsanın altında sionistlər tərəfindən aparılan qazıntılar səbəbindən təməllərinin zəiflədiyi və ən kiçik bir təkanla onun dağılmasına səbəb olacağı bildirilib.
Bu torpaqların müqəddəsliyini dilə gətirən Səbri, Məscidül-Əqsanı müdafiə etməyən hər kəsin Allah və tarix qarşısında cavab verəcəyini bildirib.
ABŞ prezidenti Trampın fələstinliləri Qəzzadan qovmaq planına gəlincə, Əl-Əqsa məscidi xətibi bildirib ki, Fələstin xalqı öz torpaqlarına bağlıdır və heç bir hökmranlığa imkan verməyəcək, çünki onlar haq sahibidirlər və ölkələri ilə bağlı öz qərarlarını verə bilərlər.
Məscidül-Əqsa xətibi sözlərini belə yekunlaşdırıb: “Fələstin xalqı heç vaxt öz torpaqlarından geri çəkilməyəcək və qanuni hüquqlarının pozulmasına heç vaxt icazə verməyəcək. İşğalçılara müqavimət göstərmək, müqəddəs əşyaları qorumaq milli və dini borcdur” dedi.
4264560