“Kurə” saytının verdiyi xəbərə görə, “Əl Nəsr”in seneqallı futbolçusu Sadio Mane səudiyyə məscidlərindən birində müsəlman olan bir şəxsi müşayiət edib.
Sosial şəbəkə fəalları Sadio Manenin kəlmeyi-şəhadət oxuyaraq İslamı qəbul edən şəxsə dəstək verdiyini əks etdirən video yayımlayıblar.
Videonun yayımlanması X platformasının istifadəçiləri arasında geniş əks-səda doğurub. Bəziləri ehtimal edir ki, bu şəxs Manenin tanışlarından olub və onun gözəl əxlaqına görə müsəlman olub.
Sadio Mane təvazökarlığı və xeyriyyəçilik sevgisi ilə tanınır. 2000 nəfərin yaşadığı kənddə 455 min avroya xəstəxana tikdirmişdi. Yaxınlıqdakı 34 kənd də buradan tibbi xidmət alır. O, 250 min avroya bir məktəb də tikdirib. Bütün binalar üçün 4G internet infrastrukturu quraşdırılıb. O, yanacaqdoldurma məntəqəsi və poçt şöbəsinin yaradılmasını təşkil etdi. Bundan əlavə, məktəbin uğurlu tələbələrinə noutbuk və 400 avro yardım edir. Kənddəki uşaqlara idman geyimləri paylayır.
Kral Salman Yardım və Humanitar Məsələlər Mərkəzi keçən oktyabr ayında Manenin mərkəzin könüllülərinə ilk xarici beynəlxalq oyunçu kimi qoşulduğunu elan etdi.
O, “Bavariya” futbol klubundan Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasına transfer olunub. Avropanın 5 ən böyük futbol ölkəsini, Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyanı əhatə edən qiymətləndirməyə uyğun olaraq, Sadio Mane ən yüksək bazar dəyəri olan oyunçular siyahısında ilk 10-luğa girməyi bacarıb.
4265079