“Əl-Qahirə 24” internet saytının verdiyi məlumata görə, Misir məhkəməsi “Əhməd Hörümçək” ləqəbli Əhməd Seyid Əl Mendveni İslam dinini təhqir etmək və ələ salmaq ittihamı ilə açılan iş üzrə həbs cəzasına məhkum edib.
Misirli vəkil YouTuber Əhməd Hörümçəki Facebook səhifəsində peyğəmbərləri təhqir etməkdə, Quranın mənalarını təhrif etməkdə və özünü ardıcıllarına “gözlənilən Mehdi” kimi təqdim etməkdə və onlardan ona beyət etmələrini istəməkdə ittiham edib.
Araşdırmalar zamanı məlum olub ki, müttəhim özünü Allahın elçisi adlandırıb və Allah onu bir möcüzə ilə insanlardan gizlədib.
Misirli vəkil Əhməd Hörümçəkin İslam dinini ələ saldığını və vəd edilmiş Mehdi olduğunu iddia edən bütün sənədləri məhkəməyə təqdim edib.
4265161