IQNA

Samirrada beynəlxalq İslam xəttatlığı və rəsm sərgisi açılıb

20:00 - February 16, 2025
Xəbər sayı: 3497630
İQNA - İmaməyin-Əskəriyyəyn (ə) hərəmində üçüncü beynəlxalq İslam xəttatlığı və rəsm sərgisi keçirilir.

"Sumeriyyə" xəbər saytının verdiyi məlumata görə, İmam Hüseyn (ə) hərəminin Darul-Qurani-Kəriminin rəhbəri Şeyx Xeyruddin Əl-Hadinin iştirakı ilə Samirrada sərgi açılıb.

Samirra şəhəri "İmaməyin-Əskəriyyəyn (ə)"adlı İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) məqbərələrinin olması ilə məşhurlaşıb.

Sərgi İmam Hüseyn (ə) ziyarətgahına bağlı Xəttat Mərkəzi və Rəqəmsal Media Fondunun və bu sahənin qabaqcıl xəttat və rəssamlarından ibarət qrupun iştirakı ilə təşkil olunub.

İmam Hüseyn (ə) hərəminin məsul müdir müavini Darul-Quranı bildirib ki, bu sərgi İmam Mehdinin (ə.f) mövludu münasibəti ilə o Həzrətin ləqəbləri və sifətlərini və onunla bağlı duaları xəttatlıqda nümayiş etdirmək məqsədi ilə təşkil olunub.

Bu sərgidə həmçinin klassik və müasir ərəb hərfləri ilə müxtəlif bədii üslublarda yazılmış, bu sənətin mənəvi kimliyini ifadə edən İslam motivləri ilə bəzədilmiş və İmam Zamana (ə.f) məxsus Quran ayələri, hədislər və ifadələrin yer aldığı eksklüziv xəttatlıq kolleksiyası nümayiş etdirilir.

Qurum rəsmisi həmçinin texnologiya əsrində İslam sənətinin inkişafını nümayiş etdirən dizayn və süni intellektdən istifadə etməklə hazırlanmış sənət əsərlərinin də olduğunu bildirib.

Sərgi həmçinin xəttatlığa olan böyük marağı və onun İslam kimliyinin və mədəniyyətinin gücləndirilməsində rolunu üzə çıxarıb. Sərgidə 11 İslam ölkəsi və İraqın 13 əyalətindən 35 xəttat iştirak edib.

 

Samarra’da uluslararası İslami hat ve resim sergisi açıldı

Samarra’da uluslararası İslami hat ve resim sergisi açıldı

426626

Teqlər: samirra ، sərgi ، xəttat ، İraq
captcha