"Əl-Mənar" saytının verdiyi xəbərə görə, Beyrut xalqının etirazı Livan Hizbullahının dəvəti ilə bu şənbə yerli vaxtla saat 16:00-da başlayıb. Nümayiş İmam Xomeyninin (r.ə) köhnə hava limanı yolunda keçirilib.
Livan Hizbullahının İcraiyyə Şurasının sədr müavini Mahmud Kumati çıxışında “Ölkənin Amerika və İsrailin nəzarəti altında olmasını və bu təhqiri qəbul etmirik. Gözləyirik, amma səbrimiz uzundur” dedi.
Hökumət rəsmilərinə müraciət edən Kumati müqavimətin diktatorlara boyun əyməyərək müqavimət göstərəcəyini, Amerika və İsrailin alçaldıcı hərəkətlərinə və diktələrinə qarşı çıxacağını, İranın dost ölkə olduğunu bildirib.
"Əl-Məyadin" müxbirinin verdiyi məlumata görə, Mahmud Kumatinin çıxışı zamanı Livan ordusu gözyaşardıcı qazdan istifadə edib. "Əl-Mənar" kanalı da bir neçə nümayişçinin gözyaşardıcı qazdan yaralandığını bildirib.
4266387