IQNA

Mərakeşli fəal:

İsrailli nazir Mərakeşə daxil olarsa həbs olunacaq

2:11 - February 17, 2025
Xəbər sayı: 3497637
İQNA - Fələstini dəstəkləyən mərakeşli bir fəal, İsrail nəqliyyat nazirinin Mərakeşə səfər etmə ehtimalına reaksiya verərək, İsrail rejimindən bir nazir ölkəyə daxil olarsa, onun həbs ediləcəyini vurğuladı.

"İQNA"-nın "Əl-İslah" saytına istinadən verdiyi məlumata görə, Fələstin üzrə Milli Fəaliyyət Qrupunun Milli Katibliyinin üzvü Rəşid Əl-Fəluli bildirib ki, qrup, İsrail nazirlərinin Mərakeşə ayaq basacaqları təqdirdə onları həbs etmək üçün səlahiyyətli məhkəmə orqanlarına şikayət etməyə çalışır.

Əl-Fəluli parlamentin qarşısında təşkil edilən xalq yürüşü zamanı çıxışında deyib: “Bu, ölkəmizin hakimiyyət orqanlarına bir mesajdır ki, bu şəraitdə cinayətkarları qəbul etmək Qəzza zolağının torpaqlarında qanı tökülən insanların cinayətlərində və qətllərində iştirak etmək deməkdir”.

Fələstin üzrə Milli Fəaliyyət Qrupunun Milli Katibliyinin üzvü rəsmi hakimiyyətin tam susqunluğunu kəskin tənqid edib və onların hərəkətlərini şiddətli şəkildə pisləyib.

Əl-Fəluli Mərakeşdə Fələstin xalqına dəstək və Qəzza zolağında soyqırım törədən sionist işğalçılarla hər cür normallaşmanın davam etdirilməsinə qarşı çıxan xalq hərəkatının davamlı olmasını vurğulayıb.

İsrailin nəqliyyat naziri Miri Regevin Mərakeşdə yol təhlükəsizliyi konfransında iştirak etməyi planlaşdırılır.

Konfrans 18-20 fevral 2025-ci il tarixləri arasında Mərakeşdə keçiriləcək və Fələstin tərəfdarları artıq Mərakeş hökumətinin bu İsrail kabineti nazirini dəvət etmək niyyətini pisləmək üçün nümayişlər və yürüşlər keçiriblər.

4266619

captcha