IQNA

Hindistanın Heydərabad şəhərində 400 illik tarixi məscid təmir olunacaq

10:37 - February 22, 2025
Xəbər sayı: 3497664
İQNA – Hindistanın Heydərabad şəhərində 400 illik tarixi məscidin bərpası layihəsi təsdiqlənib.

40 il təkrarlanan yenidənqurma tələblərindən sonra Telangana əyalətinin Turizm və Arxeologiya Departamenti Heydərabaddakı tarixi Şikupet məscidinin bərpasına razılıq verib.

Məscidin memarlıq əzəmətini bərpa etmək və dəyərini qorumaq məqsədilə bu tarixi tikili yenidən qurulacaq.

Son illər əlverişsiz hava şəraiti səbəbindən məscidə ciddi ziyan dəyib, sütunlarından biri uçub, bəzi memarlıq strukturu aşınmaya məruz qalıb.

Telanganada mədəni irs mütəxəssisləri məscidin orijinal memarlıq üslubunu qorumaq üçün yenidənqurma prosesində ciddi elmi yanaşmadan istifadə etməyi tövsiyə ediblər.

Mütəxəssislər səthin müasir beton əsasında yenidən qurulmasından narahat olduqlarını bildirərək, bunun tarixi əsərin itirilməsinə səbəb ola biləcəyini vurğulayıblar.

Onlar həmçinin hesab edirlər ki, lazımi yenidənqurma işləri aparılarsa, məscidi görkəmli İslam və tarixi abidə kimi bərpa etmək olar.

Məscid 1982-ci ildə Telangana Arxeologiya və İrs İdarəsi tərəfindən tarixi abidə elan edilib.

Məscidin yenidən açılması onun Telangana əyalətindəki Heydərabadın yerli icmasında dini və sosial rolunun canlanmasına kömək edəcək və həmçinin tarixi məscidlərin qorunub saxlanmasının vacibliyi haqqında maarifləndiriləcək.

4267265

captcha