Fələstinin Şahab xəbər agentliyinin verdiyi məlumata görə, direktor Munir Əl-breş Qəzzada fələstinli məhbuslar, xəstələr və kövrək şəraitdə olan insanlar üçün ağır şəraitlə bağlı xəbərdarlıq edib.
Səhiyyə Nazirliyinin direktoru bildirib ki, yeni soyuq dalğaya ən həssas qrup olan yeni doğulmuş körpələr və 3 yaşa qədər uşaqlar üçün vəziyyət ağırdır.
Xəstəxanalarda tənəffüs yolu infeksiyalarının artdığını deyən Səhiyyə müdiri keçmişdə havaların soyuması səbəbindən çoxlu sayda uşağın həyatını itirdiyini qeyd edib.
O, həmçinin bildirib ki, işğalçılar uşaq xəstəxanalarının uşaq və xüsusi qayğı şöbələrini dağıdıblar və artan soyuqlar müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların həyatını tibb işçilərinin xilas etməsini mümkünsüz edib.
Səhiyyə direktoru beynəlxalq ictimaiyyəti və BMT agentliklərini Qəzza zolağında uşaq xəstəxanalarının, xüsusilə də xüsusi qayğı və körpələrə qulluq şöbələrinin yenidən qurulması üçün təcili tədbirlər görməyə çağırıb.
4267261