IQNA

İranda Ramazan hansı gündə başlayır?

2:33 - February 28, 2025
Xəbər sayı: 3497698
İQNA - İslam dünyasının ən mühüm aylarından olan Ramazan ayına sayılı günlər qalıb.

İran İslam İnqilabı Rəhbərinin İdarəsinin Aypara Müşahidə Mərkəzinin üzvü Höccətül-İslam Əli Rza Müvəhhidnejad Ramazan ayı ilə bağlı açıqlama verib.

Höccətül-İslam Müvəhhidnejad, "Ramazan ayını müşahidə etmək üçün cümə günü axşam saatlarında ölkənin müxtəlif bölgələrinə 100-ə yaxın komanda göndəriləcək" dedi.

"Mütəxəssislər cümə gecəsi Ramazan ayının hilalının görünmə ehtimalını zəif kimi qiymətləndirirlər. Hesablamalara görə, martın 2-si bazar günü Ramazan ayının ilk günü olacaq", - deyə Höccətül-İslam Müvəhhidnejad bildirib.

Teqlər: iran ، ramazan ayı ، İslam ، müsəlman
captcha