“İsrailin Fələstin xalqının əsas tələbat mallarına yetişməsini rədd etməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - nazirliyin bəyanatında deyilir.
Fələstin xalqını kollektiv şəkildə cəzalandırmaq məqsədi daşıyan bu hadisənin Qəzzada atəşkəsin qalıcı olması səylərini də təhdid etdiyi vurğulanan açıqlamada, "Beynəlxalq ictimaiyyət humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatdırılması və İsrailin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün dərhal hərəkətə keçməlidir" deyilib.