"Əl-məşhəd" saytının verdiyi xəbərə görə, xəttat Həsən əl-Bukoli İslam dünyasının məşhur xəttatı Osman Tahadan Quranın yazılması üçün icazə aldıqdan sonra onun üçdə birini yazmağa nail olub.
X platformasında "Tövbə" surəsinin xəttatlıq ilə yazılmış ayələrinin şəklini paylaşan Əl-Bukoli “Allaha şükürlər olsun ki, “Tövbə” surəsinə qədər Quranı yazıb bitirdim və "Yunis" surəsini yazmağa başladım” sözlərini yazıb.
Yəmənli xəttat dörd ay əvvəl Osman Taha ilə görüşüb və Quranı bütövlükdə yazmaq şərti ilə Quran yazmaq üçün icazə alıb. O, görüşdən sonra Osman Taha ilə fotosunu X sosial şəbəkəsində yayımlayıb.
Osman Taha yəmənli xəttatına tövsiyə edib ki, təvazökarlıq xəttatlığın gözəlliyini artırır, təkəbbür isə xəttatlığın gözəlliyini məhv edir.
On dörd dəfə Quran yazan Osman Taha sağ əli və gözündən başqa bütün bədəninin zəif olduğunu, özünü hələ də gənc hiss etdiyini bildirib.
Şeyx Osman Taha məşhur Quran katiblərindən biridir. İslam aləmində ən çox çap olunan Quranı bu Quran katibi yazmışdır.
Əbu Mərvan Osman ibn Abduḍh ibn Hüseyn ibn Taha əl-Hələbi 1934-cü ildə Suriyanın Hələb şəhərində türkmənlərdən olan Sandi kəndində anadan olub.
Atası Abduh Hüseyn Taha Şeyx Faris məscidinin imamı və böyük natiqlərdən biri idi.
O, xəttatlıq lisenziyasını 1973-cü ildə Türkiyənin Həmid əl-Əmədisindən alıb. Hələbdə Məhəmməd Əli Mövləvi və İbrahim Rifaidən, Dəməşqdə isə Məhəmməd Bədəvi ed-Dirani və Haşim Bağdadidən xəttatlığının inkişafı dərsləri almışdır.
1979-cu ildə Suriya Vəqfləri Rəyasət Heyətinin tələbi ilə Quranın ilk xəttatlığını tamamladı. 1988-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən dəvət edilərək Quran nəşriyyatının rəhbəri təyin edilib.
Hazırda Osman Taha yazısı dünyada, xüsusən də İran, Səudiyyə Ərəbistanı və Misirdə ən çox istifadə edilən Qurandır.
Bu xəttin bəzi məqamları bunlardır:
Hər bölmə iyirmi səhifəyə sahibdir.
Ayə hər səhifənin sonunda tam şəkildə bitir.
Təcvid qaydalarının daha asan uyğunlaşdırılması üçün hərəkət əlamətləri fərqli şəkildə müəyyən edilmişdir.
Osman Taha evli və 7 uşaq atasıdır və hazırda Səudiyyə Ərəbistanında yaşayır.