IQNA

ABŞ Qəzza əhalisini Afrikaya köçürtmək istəyir

5:54 - March 16, 2025
Xəbər sayı: 3497818
İQNA – ABŞ və sionist İsrailin Qəzza zolağının əhalisini Şərqi Afrika ölkələrinə köçürtməyi planlaşdırdığı xəbəri yayılıb.

Amerika və sionist rəsmilər bildiriblər ki, ABŞ və Təl-Əviv Qəzza əhalisini köçürtmək üçün üç Şərqi Afrika ölkəsinin səlahiyyətliləri ilə əlaqə saxlayıb.

Fələstinlilərin köçürülməsi planlaşdırılan ərazilər arasında Sudan, Somali və Somaliland var.

Sudan rəsmiləri ABŞ-dan gələn təklifləri rədd etdiklərini, Somali və Somaliland rəsmiləri isə Associated Press-ə hər hansı əlaqədən xəbərsiz olduqlarını bildiriblər.

Gizli diplomatik səylə bağlı anonimlik şərti ilə danışan ABŞ və sionist rəsmilər Somali və Somaliland ilə əlaqələri, digər ABŞ rəsmiləri də Sudanı təsdiqləyiblər. Rəsmilər bildiriblər ki, səylərin nə qədər irəliləyiş əldə etdiyi və danışıqların hansı səviyyədə getdiyi bəlli deyil.

İsrail və ABŞ-ın bu ölkələrə maliyyə, diplomatik və təhlükəsizlik stimulları təklif edəcəyi gözlənilir.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra Qəzza əhalisini bölgədən deportasiya etmək planını açıqlayıb.

captcha