“İQNA”-nın “Ənnəşrə”yə istinadən verdiyi məlumata görə, Papa Fransisk İsrail rejiminin Qəzzanı bombalamasını dərhal dayandırmağa və bütün israilli məhbusların azad edilməsi və yekun atəşkəs üçün danışıqların bərpasına çağırıb.
Papa bazar günü Angelus duasında yazıb: “İsrailin Qəzza zolağına çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən şiddətli hücumları məni kədərləndirdi”.
Papanın açıqlamaları Vatikanın daha əvvəl Papa Fransiskin beş həftədən sonra xəstəxanadan çıxacağını və iqamətgahına qayıdacağını bildirməsindən sonraya təsadüf edib.
Papa Fransisk xəstəliyindən əvvəl İsrailin Qəzzaya davam edən təcavüzünün təsirlərini tənqid etməyə davam edərək Qəzza zolağındakı humanitar vəziyyəti “son dərəcə təhlükəli və biabırçı” adlandırmışdı.
Vatikanda bir sıra diplomatlara ünvanladığı, köməkçilərindən birinin oxuduğu mesajda dünya katoliklərinin lideri Qəzzada qış soyuğunun səbəb olduğu ölümlərə toxunaraq, “Biz xəstəxanaların dağıdılması və ya elektrik şəbəkəsinin bombalanması səbəbindən donaraq ölən uşaqları qəbul edə bilmərik” dedi.
4273470