IQNA

Məscidül-həramda keçirilən Quran tilavəti mərasimində 4 milyondan çox insan iştirak edib

3:12 - March 30, 2025
Xəbər sayı: 3497923
İQNA - Müqəddəs Ramazan ayının 29-cu gecəsində (Səudiyyə üfüqünə görə) 4 milyondan çox zəvvar bütün Qurani-Kərimi mənəviyyat dolu bir atmosferdə tamamlayıb.

“İQNA”-nın “Əl-Bələd” qəzetinə istinadən verdiyi məlumata görə, Məscidül-həram cümə günü səhər saatlarından etibarən Ramazan ayının son günlərində dini ayinləri yerinə yetirmək üçün Məscidül-həramına gələn Rəhman Allahın qonaqları və böyük bir izdiham olan ümrə zəvvarlarının iştirakına şahid olub.

Məscidül-həram və Peyğəmbər (s) Məscidinin İşləri üzrə Baş İdarə, aidiyyəti qurumlarla razılaşdırılaraq, Allahın qonaqlarını qarşılamaq üçün qüvvələrini səfərbər edib, fiziki qüsurlu zəvvarlar və qocalar üçün də giriş yolları təşkil edilib.

Mübarək Ramazan ayının 29-cu gecəsində Məscidül-həramda Quran tilavəti mərasiminin keçirilməsi məqsədilə Qurani-Kərimin bir neçə dildə nüsxələri zəvvarların ixtiyarına verilib, Quran tilavətinin səsi Məscidül-həramın bütün səsgücləndiricilərindən eşidilib.

4274191

captcha