“İQNA”, “Kəfil” Qlobal Şəbəkə internet saytına istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Sistaninin ofisi Səudiyyə Ərəbistanının Əl-Əhsa vilayətində tanınmış şiə ruhanilərindən olan Əllamə Şeyx Cavad əd-Dəndanın vəfatından sonra başsağlığı mesajı yayıb.
Ayətullah Sistani bu ilahi və müdrik alimin vəfatı ilə əlaqədar Əhsa vilayətinin əhalisinə başsağlığı verib və elan edib: “Mərhum Əllamə Şeyx Cavad əd-Dəndan Ömər mübarək həyatını dinin təbliğinə, möminlərin işləri ilə məşğul olmağa, elmə və onun əhlinə xidmətə həsr edib”.
Ayətullah Sistani bu ağrılı müsibəti Səudiyyə Ərəbistanının şiə bölgəsinin ağsaqqallarına, alimlərinə və bütün möminlərə başsağlığı verib, Uca Allahdan mərhum üçün bağışlanma və rəhmət, ailəsi və sağ qalanlara isə səbir diləyib.
Xatırladılır ki, Şeyx Cavad bin Şeyx Əli əl-Dəndan hicri 1369-cu ildə (miladi 1949) Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl-Əhsa şəhərində anadan olub. O, alim ailəsində böyüyüb və Seyid Yasin Əl-Musəvi məktəbində oxuyub, yazı, hesab və Quran öyrənib. O da atasının yanında oxumuş, sonra elmi hövzə təhsilinə başlamışdır. O, məmləkətində giriş dərslərinin bir hissəsini oxumuş, daha Nəcəf Əşrəf şəhərinə getmişdir.
O, hicri 1402-ci ildə Əl-Əhsaya qayıtdı və Şeyx Mirzə Əli Əl-Qərvidən ictihad etmək üçün şifahi icazə aldı. Əl-Əhsaya daxil olduqdan sonra dini vəzifələri yerinə yetirməyə, camaat namazlarını qılmağa, həcc və dini elmlərdə İslami hökmləri öyrətməyə məşğul odu. 10 ildən çox əvvəl isə elmi hövzədə xaric dərsi deməyə başladı.
4274596