IQNA

Qırmızı dənizdə Yəmən və ABŞ arasında qarşıdurma

11:32 - April 05, 2025
Xəbər sayı: 3497958
İQNA - Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Seri ABŞ-ın hücumlarına qarşı müqavimət əzmini vurğulayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Seri ABŞ-ın hücumlarının yəmənliləri Fələstinə dəstək verməkdən heç vaxt çəkindirməyəcəyini vurğulayıb və Qırmızı dənizdə Amerikanın "Harri Truman" təyyarə gəmisini hədəf aldıqlarını açıqlayıb.

Yəhya Seri açıqlamasında ABŞ-ın Yəmənə hücumlarına cavab olaraq Yəmən Silahlı Qüvvələrinin Qırmızı dənizdəki düşmən döyüş gəmilərini və Amerikanın “Truman” təyyarədaşıyan gəmisini silsilə qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirib.

Yəmən Silahlı Qüvvələrinin açıqlamasında bu əməliyyatın Qırmızı dənizdə bir sıra qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi və bir neçə saat davam etdiyi və bunun son 24 saat ərzində həyata keçirilən ikinci əməliyyat olduğu bildirilib. Amerikalı təcavüzkarlara qarşı cavab hücumlarının davam edəcəyini vurğulayan general-mayor Seri düşmənin Yəmənə qarşı planlaşdırdığı iki hava hücumunu zərərsizləşdirdiklərini bildirib.

Seri, Amerikanın hücumlarına müqavimət göstərməyə davam edəcəyini və gələcəkdə baş verə biləcək hadisələrə hazır olacağını bildirib.

Bəyanatda bildirilir ki, təcavüzkarlar heç vaxt Yəməni parçalaya və ya təslim edə bilməyəcəklər və ABŞ-ın hücumları yəmənliləri Fələstinə dəstək verməkdən çəkindirməyəcək.

captcha