IQNA

Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hava hücumu olunub

2:01 - April 14, 2025
Xəbər sayı: 3498013
İQNA - Sionist rejim ordusu Qəzzə şəhərinin mərkəzində yerləşən Əl-Əhli Baptist Xəstəxanasını hədəfə alıb.

Sionist İsrailin hava hücumunda Əl-Əhli Baptist xəstəxanasının qəbul və təcili yardım otağı binası 2 raketlə hədəfə alınıb və tamamilə məhv edilib.

Əl-Əhli Baptist Xəstəxanasında cərrahi əməliyyatlar binası və reanimasiya xəstələri üçün yaradılmış tibbi oksigen istehsalı stansiyası da hava hücumuna məruz qalıb. İsrail ordusunun hücumu səbəbindən çox sayda xəstə və yaralı fələstinlilər xəstəxananın qarşısında küçələrdə uzanıb. Partlayış təhlükəsi ilə ağır şəraitdə xəstəxanadan çıxarılan xəstələr və yaralılar arasında vəziyyəti ağır olan onlarla insan var.

Hücum nəticəsində ölən və yaralanan fələstinlilərin sayı ilə bağlı hələlik heç bir məlumat verilməyib. Əl-Əhli Baptist Xəstəxanası Qəzza şəhərində tam gücü ilə işləyən yeganə xəstəxana kimi tanınır.

captcha