IQNA

Angelina Colinin Qəzza reaksiyası!

10:58 - April 22, 2025
Xəbər sayı: 3498056
İQNA - Hollivud ulduzu və BMT-nin keçmiş xoşməramlı səfiri Ancelina Coli Qəzzada baş verən hücumlara münasibətini bildirib.

Coli Fələstin xalqının sistemli şəkildə hədəf alındığını və bunun qəbuledilməz olduğunu vurğulayıb. Amerikalı aktrisa Ancelina Coli baş verənlərə səssiz qalmadığını sosial şəbəkədə etdiyi təəccüblü açıqlama ilə bildirib.

Ancelina Coli öz hekayəsində Sərhədsiz Həkimlər Təşkilatının (MSF) etdiyi paylaşımla diqqət çəkib. O, yazısında Qəzzanın fələstinlilər və onları dəstəkləyənlər üçün kütləvi məzarlığa çevrildiyini vurğulayıb.

Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayı son 24 saatda 44 nəfər artaraq 51 min 201 nəfərə çatıb.

captcha