Xəbərə görə, bu müsabiqə Ramazan ayında müxtəlif ölkələrdən 150 hafizin iştirakı ilə virtual olaraq üç mərhələdə keçirilib.
Müsabiqədə iştirakla bağlı çağırış Ramazan ayından əvvəl edilib və qarilərdən qeyd olunan ayələrin qiraətini əks etdirən videoyazıların göndərilməsi istənilib.
Birinci mərhələdə müxtəlif ölkələrdən olan 150-dən çox Quran hafizinin qiraəti dinlənilib. Onlardan 36-sı seçmə mərhələdən keçib. Daha sonra seçilmiş 36 qarinin qiraətinin qiymətləndirilməsi nəticəsində 13 qari yarımfinala yüksəlib.
Bu mərhələdə hər bir qari müəyyən ayələri oxuduqları qiraətlərini göndərib. Nəticədə, 6 iştirakçı finala yüksəlib.
Finalçılar arasında İrandan Məcid İnanpur, Türkiyədən Bilal Huvi, Misirdən İzzət Əl Seyid Rəşid, Əfqanıstandan Sadiq Yasin Hüseyni, İraqdan Əhməd Rəzzaq Əl-Dəlfi və İndoneziyadan Vudan Hermoko yer alıb.
Müsabiqədə birinci yerə İran İslam Respublikasından olan Məcid İnanpur layiq görülüb.
4277449