IQNA

Əbu-Dabi Kitab Sərgisində 5000-dən çox Quran paylanılıb

2:13 - May 08, 2025
Xəbər sayı: 3498147
İQNA - Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyi 2025-ci ildə Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində iştirak edən ziyarətçilərə 5 mindən çox Quran paylayıb.

“Spa.gov.sa” saytının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının bu hərəkəti İslam dinini yaymaq və Səudiyyə Ərəbistanının beynəlxalq tədbirlərdə iştirakını gücləndirmək səylərinə uyğun olaraq həyata keçirilib.

Bu Quran nüsxələri Quran elmləri üzrə ixtisaslaşmış bir qrup alimin nəzarəti altında Mədinədə Kral Fəhd Quran Çap və Nəşriyyat Mərkəzi tərəfindən çap edilib.

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi aprelin 26-da başlayıb və mayın 5-də başa çatıb.

Maskat Kitab Sərgisində Quran proqramları

Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyi Omanda keçirilən 29-cu Maskat Beynəlxalq Kitab Sərgisində iştirak edərək ziyarətçilər, xüsusilə uşaqlar və tələbələr üçün müxtəlif Quran fəaliyyətləri və proqramları təşkil edib.

Sərgiyə avtoqraf sessiyaları, seminarlar və uşaqlar üçün əyləncəli və maarifləndirici fəaliyyətlər daxil olmaqla bir sıra tədbirlər daxildir.

Səudiyyə Ərəbistanı stendində Qurani-Kərimin çap mərhələləri və çapdan əvvəl onun necə incəliklə yoxlanılması barədə məlumat verilib, Quran çapı sahəsində yeni texnologiyalar təqdim olunub.

Bundan əlavə, stenddə uşaqlara hədiyyə olaraq Kral Fəhd Quran Çap Mərkəzindən gətirilən Quranlar təqdim olunub.

29-cu Maskat Beynəlxalq Kitab Sərgisi aprelin 24-də Omanda başlayıb və mayın 4-ü şənbə gününə qədər davam edib.

4280388

captcha