“Cəzirə”-nin verdiyi məlumata görə, ötən cümə axşamı baş verən hadisədə 22 yaşlı Əbdul-Kəlamın Bokaro bölgəsində ağaca bağlanıb və çubuqla döyülərək öldürüldüyü bildirilir.
Zərərçəkmişin əmisi, qardaşı oğlunun “gündəlik işçi” olduğunu və işləyərkən istirahət etmək üçün yaxınlıqdakı gölməçəyə getdiyini və qadınları sıxışdırmaqda ittiham olunduqdan sonra geri qayıdarkən hücuma məruz qaldığını deyib.
Dayı polisin gözü qarşısında belə döyülmələrin davam etdiyini və heç bir müdaxilə olunmadığını, polisin zərərçəkmişin psixi problemlərinin olması ilə bağlı dediklərinin əksinə olaraq onun psixi cəhətdən tam sağlam olduğunu bildirib.
Əmisinin şikayətindən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb və zərərçəkmişin heç bir psixi xəstəliyinin olmadığı bildirilsə də, polis protokolda əksini qeyd edib.
Bokaro rayon polisi açıqlamasında iki şübhəlinin həbs edildiyini və araşdırmaların davam etdiyini bildirib.
4281871