IQNA

Kazanda 16-cı Rusiya-İslam Dünyası Forumu keçiriləcək

1:45 - May 17, 2025
Xəbər sayı: 3498192
İQNA – Bu il 16-cı dəfə keçiriləcək Kazan Forum 2025-ci il mayın 13-dən 18-nə qədər Rusiya Federasiyasının tərkibindəki Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək.

İslami Məzhəblərin Yaxınlaşması Forumunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu tədbir Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşması Forumunun baş katibi Höccətül-İslam vəl-Müslimin Həmid Şəhriyari, səlahiyyətli şəxslər, siyasi, iqtisadi, din və mədəniyyət xadimlərinin iştirakı ilə keçiriləcək.

“Rusiya-İslam Dünyası” Beynəlxalq Forumu “Rusiya və İslam dünyası ölkələrinin gənclər siyasəti sahəsində təcrübələri, ümumi çağırışlar və hərəkətlər” mövzusunda keçiriləcək.

Forumda Rusiya gənclər təşkilatları ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında gənclər siyasəti sahəsində qarşılıqlı anlaşmanın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması müzakirə olunacaq.

Bundan əlavə, konfransın mövzularına kütləvi və könüllü hərəkatların ictimai həyata cəlb edilməsi, milli, tarixi, mədəni, mənəvi-əxlaqi dəyərlərə hörmətin aşılanması məqsədi daşıyan birgə gənclər proqram və təşəbbüslərinin gücləndirilməsi və inkişafı daxildir.

Forumda həmçinin seminarların və müxtəlif beynəlxalq ictimai maarifləndirmə tədbirlərinin təşkili, təhsil və tədqiqat layihələrinin, konfransların həyata keçirilməsi, Rusiya və xarici tərəfdaş universitetlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Gənclərin radikallaşmasına qarşı birgə fəaliyyət təklifləri və ekstremizmin qarşısının alınması tədbirləri də müzakirə olunacaq.

4282401

Teqlər: kazan ، rusiya ، İslam ، tatarıstan
captcha