IQNA

İspaniya Parlamentinin İsraillə silah ticarətinə qadağası müsbət qarşılandı

10:46 - May 24, 2025
Xəbər sayı: 3498233
İQNA – Fələstinin Azadlığı Xalq Cəbhəsi mətbuata açıqlamasında İspaniya parlamentinin İsraillə silah ticarətinə qadağanın təsdiqini müsbət addım kimi qiymətləndirib.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstinin Azadlıq Xalq Cəbhəsi bildirib ki, İspaniyanın bu qətnaməni təsdiq etməsi Avropa qurumları daxilində Fələstin xalqının hüquqlarına dair qlobal məlumatlılığın və dəstəyin artmasının göstəricisidir.

Həmçinin bildirilib ki, İspaniya xalqı və hökuməti bunu dinc əhaliyə, xüsusilə də uşaqlara qarşı soyqırım cinayətləri törədən rejimlə hərbi əlaqələr qurmağa etirazını əks etdirən mühüm siyasi hadisə hesab edir.

Bəyanatda qeyd olunub ki, bu qərar sionist rejimə dəstəyi dayandırmaq və beynəlxalq humanitar qanunlara riayət etmək üçün Avropa İttifaqına üzv ölkələr və dünyanın digər parlamentləri üçün nümunə olmalıdır.

Fələstinin Azadlığı Xalq Cəbhəsi bəyanatda deyib: “Biz bütün Qərb hökumətləri və parlamentlərini sionist rejimə silah verməyi dayandırmağa və işğalçı rejimin soyqırım cinayətini beynəlxalq məhkəmələrdə cəzalandırmağa çağırırıq”.

4283829

captcha