“Əl-Əyn” saytının məlumatına görə, “Yusif” surəsinin bənzərsiz və qeyri-adi qiraəti ilə məşhurlaşan, Misirdə və İslam dünyasında milyonlarla Quran sevərləri heyran edən “Qarilərin Sultanı” ləqəbli Şeyx Səid şənbə günü dünyasını dəyişib.
Onun dəfn mərasimi doğulduğu Daxaliya vilayətinin Met Selsil şəhərində keçirilib.
Yeddi yaşında Quran səyahətinə başlayan Şeyx Səid kəndindəki ənənəvi Quran məktəbində Vəhy Kəlamını əzbərləyib.
O, daha əvvəl kiçik bir kənd mərasimində ilk dəfə Quran oxuduğunu və 25 kuruş (Misir pul vahidinin kiçik bir vahidi) mükafat aldığını bildirmişdi.
Misir mətbuatına verdiyi müsahibədə o, şöhrət və maddi qazanc düşünmədən Qurana olan bağlılığı və sevgisi səbəbindən Quran oxumaqdan həzz aldığını deyib.
Şeyxin Quran səyahəti Daxaliya əyalətində başlasa da, onun əsl uğuru Dəmiyətə əyalətinin Faraskur rayonunun mərkəzində yerləşən Kəfr Süleyman əl-Bəhridən gəldi.
Bunun onun üçün dönüş nöqtəsi olduğunu deyən Şeyx Səid, ailəsinin onu qiraətlərini daha geniş auditoriyaya yaymağa təşviq etdiyini söylədi.
Bir müddət sonra şeyxin şöhrəti bütün Dəmiyətə əyalətinə yayıldı və bu vilayətdə elə bir tədbir və mərasim qalmadı ki, o, orada oxumasın.
4284372