IQNA

İordan çayının qərb sahilindəki İbrahim məscidi sionist rejim tərəfindən bağlanıb

10:48 - May 29, 2025
Xəbər sayı: 3498269
İQNA – İşğalçı İsrail işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərindəki İbrahim məscidini müsəlmanların üzünə bağlayıb.

“Əl-Mənar” saytının məlumatına görə, işğalçı rejim İbrahim məscidini bağlayıb, ibadət edənlərin və dini vəqf işçilərinin içəri daxil olmasına mane olub.

Sionistlər məscid ətrafında hərbi tədbirləri gücləndirib və orada azan oxunmasını qadağan ediblər. O, bu hərəkətini İbrahim məscidini yəhudiləşdirmək və nəzarətdə saxlamaq siyasətinə uyğun olaraq həyata keçirmişdir.

Sionist rejimin bütün bu hərəkətləri işğalçı qüvvələrin qədim Əl-Xəlildə fələstinlilərin varlığını zəiflətmək və yeni bir reallıq tətbiq etmək məqsədi ilə uyğundur.

İbrahim məscidi illərdir sionist hakimiyyət orqanları və mühacirlər tərəfindən dəfələrlə hücuma məruz qalıb, zaman və məkana görə bölünüb və bir çox dini mərasimlərdə müsəlmanların məscidə daxil olmasının qarşısı alınıb.

4284595

captcha