“Əl-Şərq Əl-Əvsət” internet saytının verdiyi məlumata görə, Mileinin mükafatı alması və gələn ay İsrail parlamenti Knessetdə keçiriləcək mərasimdə çıxış etməsi gözlənilir.
Təşkilatçılar elan ediblər ki, Milei mükafat pulunu İsraillə Latın Amerikası ölkələri arasında diplomatik münasibətləri yaxşılaşdırmaq və regionda antisemitizmlə mübarizə aparmaq məqsədi daşıyan təşəbbüsə ianə edəcək.
Milei BMT-də keçirilən səsvermələrdə Argentinanın sionist rejimə qarşı uzun illər davam edən siyasətini alt-üst etdiyi, Həmas və Hizbullah müqavimət hərəkatlarını terror təşkilatları siyahısına saldığı və 1990-cı illərdə Buenos-Ayresdəki yəhudi və sionist mərkəzlərinin bombalanması ilə bağlı işi yenidən açdığı üçün mükafatın təşkilatçıları tərəfindən bu mükafata layiq görülüb.
Genesis mükafatı, əhəmiyyətli peşəkar uğur qazanmış yəhudilərə nailiyyətləri, bəşəriyyətə töhfələri və yəhudi dəyərlərinə bağlılıqları üçün hər il verilən 1 milyon dollarlıq mükafatdır.
Daha əvvəl Genesis mükafatını qazanan məşhur adlar arasında Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, Maykl Duqlas, Barbra Streisand və Stiven Spilberq var.
4284955