IQNA

İQNA-da “İmam Xomeyni (r.ə): İslam Dünyasında Dəyişiklik Modeli” adlı vebinar keçirilib.

4:51 - June 04, 2025
Xəbər sayı: 3498304
İQNA – “İmam Xomeyni (r.ə): İslam Dünyasında Dəyişiklik Modeli” adlı onlayn seminar iyunun 3-də keçirilib.

Xəbərə görə, Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İran İslam Respublikasının banisinin vəfatının 36-cı ildönümü ərəfəsində vebinar təşkil edib.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Quran və Təbliğ Mərkəzinin sədri Höccətül-İslam vəl-müslimin, Seyid Mustafa Hüseyni Nişapuri vebinarda “İmam Xomeyni (r.ə): Müasir dünyanın böyük islahatçısıdır” adlı məruzə ilə çıxış edib.

Bundan əlavə, Bəhreyn, İraq və Livandan olan alim və mütəfəkkirlər seminarda videokonfrans vasitəsilə məruzəçi qismində iştirak ediblər.

Bəhreynli din xadimi Şeyx Abdullah Dakkak “İmam Xomeyni (r.ə) düşüncəsində həcc və İslam dünyasının ideoloji hərəkatının inkişafı” mövzusunda çıxış edib.

İraqın Bağdad şəhərində yerləşən Horizon Siyasi Araşdırmalar və Təhlil Mərkəzinin direktoru Cuma əl-Ətvani “İmam (r.ə) və İslam birliyinin strategiyası”, livanlı universitet müəllimi və analitiki Linda Teboush isə “İmam Xomeyni (r.ə): İslami-müsəlman” mövzusunda çıxış edib.

4286030

captcha