IQNA

Avropanın sionist rejimə dəstəyi getdikcə azalır

0:28 - June 05, 2025
Xəbər sayı: 3498308
İQNA – İctimai rəyi araşdıran YouGov şirkəti 6 Qərbi Avropa ölkəsində sionist rejimə qarşı mənfi fikirdə olan insanların nisbətinin ən yüksək həddə çatdığını göstərən araşdırma dərc edib.

“Əl-Məyadin” saytının məlumatına görə, YouGov sorğusunun nəticələri altı Avropa ölkəsində sionist rejimə qarşı misli görünməmiş qəzəbin olduğunu göstərir.

YouGov Almaniya, Danimarka, Fransa, İngiltərə, İspaniya və İtaliyadan olan 8625 respondentin iştirak etdiyi araşdırmada İsrailə dəstək sorğusu keçirib.

Sorğunun nəticələrinə görə, altı Avropa ölkəsindən respondentlərin 63-70 faizi sionist rejim haqqında mənfi fikirdədir, beşdə birindən az hissəsi isə sionist rejim haqqında müsbət fikirdədir.

Sorğunun nəticələrinə görə, Almaniyada İsrail haqqında mənfi fikirdə olan iştirakçıların faizi müsbət fikirdə olanlardan 44 faiz çoxdur. Bu nisbət Fransada 48, Danimarkada 54, İtaliyada 52, İspaniyada isə 55 faiz təşkil edib.

Britaniyada bu nisbət 2024-cü ilin avqustunda 49 faiz, 2025-ci ilin mayında isə 46 faiz olaraq qeydə alınıb.

Avropa vətəndaşları da İsrail rejiminin Qəzzaya əsgər göndərməsinin düzgün olub-olmaması ilə bağlı suala qəti cavablar veriblər. İtaliyada bu suala cəmi 6% bəli cavabı verdiyi halda, Fransada bu nisbət 16%, Britaniyada isə 12% olub.

İsrailin Qəzzaya hücum etməkdə haqlı olduğunu, lakin həddi aşaraq çoxlu mülki vətəndaşın ölümünə səbəb olduğunu ifadə edənlərin faizi İtaliyada yüzdə 29, İspaniyada 30, Fransada yüzdə 31, İngiltərədə yüzdə 38, Danimarkada yüzdə 39, Almaniyada isə yüzdə 40 olub.

Avropa xalqı sionist rejimin Qəzzə əhalisinə hücum etməkdə həddi aşdığı və çoxlu sayda insanı qətlə yetirməsində həmfikir olub.

4286456

captcha