IQNA

Minada hacılar şeytanı daşlayıblar

5:52 - June 08, 2025
Xəbər sayı: 3498320
İQNA – Allah evini ziyarət edən zəvvarlar cümə günü Minanın “Cəmarat” ərazisində şeytana daş atıblar.

“Əl-Quds Əl-Arabi” saytının xəbərinə görə, hacılar Müzdəlifədə vəqfdən sonra gecə yarısı Minaya yola düşüblər.

Səhər erkən saatlarda 1,6 milyondan çox zəvvar şeytanı simvolizə edən üç daşdan hər birinə yeddi daş atıb.

Zəvvarların Cəmarat körpüsündən rahat keçməsini təmin etmək üçün səlahiyyətlilər izdihamı Cəmaratın müxtəlif istiqamətlərinə paylamaq üçün bir neçə marşrut ayırıblar.

Cəmarat marşrutu Həcc ziyarəti zamanı zəvvarların paylanmasını təmin etmək üçün layihələndirilib və tikilib. Minada ziyarət karvanı zəvvar çadırlarının ətrafından piyada körpüləri ilə birləşir.

Zəvvarlar şeytanın daşlamaq əməlini tamamladıqdan sonra heyvanlarını kəsirlər. İlk dəfə həcc edən kişilər saçlarını qırxmalıdırlar. Digər kişilər saçlarını və ya dırnaqlarını qırxmaq və ya kəsmək arasında seçim edə bilərlər. Qadınlar saçlarının kiçik bir hissəsini kəsirlər.

Zəvvarlar Minada üç gün (zilhiccənin 11, 12 və 13-ü) qalır və şeytanı daşladıqdan sonra Vida təvafı üçün Məkkəyə daxil olurlar. Lakin Minada üç gün qalmaq istəməyən zəvvarlar bir-iki günə bütün əməllərini tamamlayıb Məkkəyə yola düşürlər.

Şeytanı daşlamaq (Rəmyi Cəmər) yekdilliklə Həccin vacib əməllərindən biridir. Qurban bayramı günlərində Minada edilir.

Allah-taala İbrahim peyğəmbərə (ə) oğlu İsmaili qurban kəsməyi əmr edəndə şeytan onların bu əmri yerinə yetirmələrinə mane olmağa çalışır. Bunun üzərinə Hz. İbrahim, şeytanın bu tələsini anlayıb ona daş atdı. Burada “rəmyi cəmər” bu hadisəni simvolizə edir. Burada şeytana qarşı müqavimət və etiraz var.

Lüğətdə “kömür parçası; çınqıl” mənasını verən Cəmrə, İslam fiqhində bir termin olaraq Qurban bayramı günü zəvvarların Minada atdıqları kiçik daşların hər biri və bu daşların atıldığı üç fərqli yerə aid edilir. Onun cəm halları cimar və cəmaratdır. Bu yerlərə daş atmağa rəmyi cəmər deyilir.

4286783

captcha