IQNA

Qəzzaya yardım aparan “Madleen” gəmisi üçün geri sayım başlayıb

11:28 - June 09, 2025
Xəbər sayı: 3498326
İQNA - Əl-Cəzirə telekanalının məlumatına görə, “Madleen” gəmisinin blokada altındakı Qəzza sahillərinə çatması üçün geri sayım başlayıb.

Gəmidəki hüquq müdafiəçiləri Qəzzadakı bəzi jurnalist və fəallarla telefon zəngləri ilə əlaqə saxlayıblar.

Gəmidə olan alman fəal ölkəsinin İsrail rejiminə silah dəstəyinə görə Fələstin xalqından üzr istəyib.

Gəmidəki sərnişinlər İsrail rejiindən qorxmadıqlarını vurğulayıblar.

Bundan əvvəl Avropa Parlamentinin nümayəndələri, hüquq müdafiəçiləri və humanitar yardım daşıyıcısı “Madleen” gəmisinin beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edərək Qəzza sahillərinə təhlükəsiz keçid tələb etmişdilər.

Bunun əksinə olaraq İsrail rejimi İtaliyadan Qəzza sahillərinə doğru yola çıxan “Madlin” gəmisinin bölgəyə yaxınlaşmasına icazə verməyəcəyini açıqlayıb.

“Madleen”in göyərtəsində isveçli ətraf mühit fəalı Qreta Tunberq və irlandiyalı aktyor Liam Kanninqem də daxil olmaqla 12 nəfər var.

Daha əvvəl Qəzza blokadasını yarmağa cəhd edən digər gəmi “Əl-Damir” İsrail rejiminin pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

tr.mehrnews

captcha