“Vas” xəbər agentliyinin məlumatına görə, Mədinədə zəvvarların axın etdiyi yerlərdən biri də İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qəbrinin yerləşdiyi Məscidün-Nəbi gəlir. İslam Peyğəmbərinin (s) qəbri başında dua edən zəvvarlar, həm namazlarını qılar, həm də Həzrət Məhəmmədə (s) olan həsrətlərini doyururlar.
Məkkədə Qurban bayramını qeyd edən zəvvarların Mədinəyə daşınması davam edir. Məkkədən ayrılan zəvvarlar avtobusla 5 saatlıq yoldan sonra Mədinəyə çatırlar.
Məscidün-Nəbini ziyarət etdikdən sonra zəvvarlar Peyğəmbərin (s) həyatı ilə bağlı məscidləri və tarixi əsərləri ziyarət edirlər.
Mədinə şəhərindəki Yüksək Sürətli Qatar Stansiyası həcc dövründə çoxlu sayda sərnişinin təhlükəsiz və müntəzəm xidmətlərlə daşınmasına kömək edir.
4287783