IQNA

Əli ibn Əbi Talib (ə) kod adı ilə “Sadiq Vədə 3” əməliyyatının başlanması

2:53 - June 14, 2025
Xəbər sayı: 3498357
İQNA - Axşam saatlarından başlayaraq İranın raket hücumları “Sadiq Vədə 3” əməliyyatı adı altında işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif növ ballistik raketlərlə başlayıb.

“İQNA”-nın məlumatına görə, xəbər mənbələri iyunun 13-də səhər saatlarında sionist rejimin İranın torpaqlarına vəhşicəsinə hücumuna cavab olaraq, “Ya Əli ibn Əbi Talib (ə)” müqəddəs kodu ilə “Sadiq Vədə 3” əməliyyatının işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif növ ballistik raketlərin atılması ilə başladığını açıqlayıb.

Silahlı qüvvələrin igidləri sionist rejimin qəddar təcavüzünə cavab olaraq yüksək müdafiə imkanları və tam hazırlıq vəziyyətindən istifadə edərək müxtəlif yerlərdən yüzlərlə raket atıblar.

Əldə edilən məlumatlar göstərir ki, İran silahlı qüvvələri sionist rejimin təcavüzünə qəti cavabın ilk mərhələsində işğal olunmuş ərazilərə doğru müxtəlif tipli 100 ballistik raket atıb.

Xarici KİV-lərin yaydığı görüntülərə görə, atılan bir sıra raketlər Təl-Əvivin mühüm hissələrinə düşüb.

Bu əməliyyatda işğal olunmuş ərazilərdəki qəsbkar sionist rejimin onlarla hədəfi, hərbi mərkəzləri və hava bazaları hücuma məruz qalıb. Atılan raketlərin hədəfləri arasında İsrail Müdafiə Nazirliyinin binası da olub.

SEPAH Aerokosmik Qüvvələrinin raket əməliyyatlarının ikinci dalğası da bir neçə raketin hədəfləri vurması ilə nəticələndi və İran raketləri İsrail müdafiəsinin çoxsaylı təbəqələrindən uğurla keçdi.

Üç dalğada Tel-Əvivə 150-200 raket atılıb və bu əməliyyatın neçə dalğası olduğu bəlli deyil.

Hücum Ali Rəhbərin İran xalqı qarşısında çıxışı yayımlanarkən eyni vaxtda baş verib.

İnqilabın Ali Məqamlı Rəhbəri bu televiziya mesajında ​​deyib: “Silahlı qüvvələr qüdrətlə hərəkət edəcək və alçaq sionist rejimini bədbəxt edəcəklər. Sionist rejim bu cinayətdən zərərsiz xilas olmayacaq. İran xalqını əmin etmək olar ki, bu məsələdə heç bir səhlənkarlıq olmayacaq”.

4288441

captcha