IQNA

Fələstin müqaviməti vurğuladı:

İran Qəzzada, Livanda və Yəməndə axan qanların qisasını alacaq

5:12 - June 17, 2025
Xəbər sayı: 3498370
İQNA - Fələstin müqavimət qrupları İranın sarsıdıcı cavabının Qəzzada, Livanda və Yəməndə tökülən hər damla qanın intiqamını alacağını açıqladı.

“İQNA”-nın “Əl-Məyadin”-ə istinadən verdiyi məlumata görə, Fələstin müqavimət qrupları mətbuat bəyanatı yayaraq, İsrailin İran İslam Cümhuriyyətinə qarşı təcavüzünü pisləyib və bunun bu rejimin cinayət mahiyyətini əks etdirdiyini bildirib.

Müqavimət qrupları vurğulayıblar ki, İranın Fələstin xalqına davamlı və prinsipial dəstəyi, müqaviməti və davasının əvəzini ödəyir.

Bu qruplar həmçinin İran İslam Cümhuriyyətinin Hüseyn Səlami və Məhəmməd Baqirinin başçılıq etdiyi bir qrup komandirin, nüvə alimləri və mülki şəxslərin şəhadəti ilə bağlı başsağlığı verib və onların günahsız qanlarının sionistlərin və amerikalıların, bütün xain və qorxaqların alnında rüsvayçılıq olaraq qalacağını vurğulayıblar.

Müqavimət qrupları vurğuladılar ki, İranın qəti və sarsıdıcı cavabı sübut edir ki, İran güclü və cəsarətlidir və onun vicdanlı rəhbərliyi sionist rejimi fəryad edib cinayətlərinə görə tövbə etdirmək qüdrətinə malikdir.

Bu qruplar Tehranın rəhbərliyi və silahlı qüvvələri ilə oktyabrın 7-dən etibarən Qəzzada, Livanda və Yəməndə tökülən hər damla qanın qisasını alacağını bəyan ediblər.

Fələstin müqavimət qrupları əlavə edib: “Sionistlər və onların cinayətkar müttəfiqlərinin xəyali üstünlükləri dövrü başa çatıb”.

Bu qruplar bütün İslam xalqını və dünyanın azad insanlarını birləşməyə, hər cür fikir ayrılığından çəkinməyə və bütün xalq adından döyüşən İran silahlı qüvvələrinə dəstək olmağa çağırıblar.

Bu arada Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdül-Malik əl-Husi şənbə günü vurğulayıb ki, İranın İsrail işğalçıları ilə hazırkı qarşıdurmada qələbəsi Fələstin məsələsi və bütün regionun xeyrinədir.

4288823

captcha