Fələstin Alimlər Şurasının sədri şeyx Hüseyn Qasım verdiyi açıqlamada, Şuranın İran İslam Respublikasına dəstəyini vurğulayıb.
Şuranın sözçüsü şeyx Məhəmməd Salih Mövəd sionist rejimin təkəbbürü və özünübəyənmişliyi qarşısında ərəblərin səssizliyini qınayaraq, iranlıların yanında olduqlarını bildirib.
O, ərəblərə xitabən “Qəzzədə davam edən cinayət və soyqırım qarşısında səssiz qalan müsəlmanlara yazıq olsun” deyib.
Şura sözçüsü bu düşməncəsinə savaşın istisnasız olaraq hər kəsi hədəf aldığını və bu vəziyyətin bölgənin gələcək nəsillərinin taleyini müəyyən edəcək mahiyyət daşıdığını qeyd edib.
O, bölgənin taleyini İranın müəyyən etdiyini bildirərək bütün müsəlmanları birliyə çağırıb.
Sonda Şura sözçüsü Haqqın batilə qalib gələcəyini söyləyib.
4289331