IQNA

ABŞ-ın 40-dan çox şəhərində İran əleyhinə müharibəyə qarşı nümayişlər

23:48 - June 22, 2025
Xəbər sayı: 3498395
İQNA - Sülh və müharibə əleyhdarı qruplar ABŞ-ın 40-dan çox şəhərində İranla müharibəyə qarşı olduqlarını bildiriblər.

İQNA-nın xəbərinə görə, sülh və müharibə əleyhdarı fəallar ABŞ-ın təxminən 40 şəhərində, Vaşinqton D.C.-də Ağ Ev qarşısından başlayaraq Nyu-Yorka qədər, çərşənbə günü 18 iyun “Milli etiraz günü” elan edərək, “İrana qarşı müharibəyə yox” və “İranın başından əlinizi çəkin” şüarları ilə nümayişlər keçiriblər.

Sülh tərəfdarları, müharibə əleyhdarı fəallar, Fələstin gənclər hərəkatı və Nyu-Yorkdakı beynəlxalq yəhudi təşkilatı “Natori Karta” bu yürüşlərin təşkilatçıları arasında olub. ABŞ-ın müxtəlif ştatlarında 40-dan çox şəhərdə minlərlə insan bu müharibə əleyhinə aksiyalara qoşulub.

Fələstin, Livan, Əfqanıstan, Pakistan, Hindistan, Afrika ölkələri, ABŞ-ın müharibə əleyhdarı sakinləri və bəzi iranlılar da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən insanlar, o cümlədən Nyu-Yorkda küçələrə çıxaraq “İrana qarşı müharibəyə yox”, “ABŞ və İsrailin İrana qarşı müharibəsinə yox”, “İran nüvə silahına malik deyil”, “İsrailə əlavə büdcəyə yox” kimi şüarlar səsləndiriblər.

4289476

Teqlər: sülh ، müharibə ، amerika ، iran
captcha