IQNA

İranlı Quran alimi Seyid Məhəmməd Baqir Höccəti vəfat etdi

4:37 - July 05, 2025
Xəbər sayı: 3498468
İQNA – Məşhur İranlı Quran və hədis alimi Dr. Seyid Məhəmməd Baqir Höccəti cümə axşamı günü vəfat edib.

Məlumata görə, İranda “Quran elmlərinin atası” kimi tanınan Dr. Seyid Məhəmməd Baqir Höccəti 92 yaşında dünyasını dəyişib.

Dr. Höccəti həmçinin aparıcı Quran alimi və əlyazmaları üzrə mütəxəssis kimi də tanınırdı.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) mərhum alimin ailəsinə, tələbələrinə, Quran fəaliyyətçilərinə və ölkənin ilahiyyat, elm və akademik camiəsinə başsağlığı verib.

Bundan əlavə, “İQNA” 2016-cı ildə onun keçmiş tələbələrinin iştirakı ilə həyatı və elmi fəaliyyətlərini qeyd edən bir tədbir təşkil etmişdi.

Qurani-Kərim Yüksək Şurası da verdiyi açıqlamada Höccətül-İslam Höccətinin vəfatı münasibətilə Quran və elm camiəsinə, həmçinin onun tələbələrinə başsağlığı bildirib.

İranlı din xadimi, alim, yazıçı, Quran tədqiqatçısı və Tehran Universitetinin İlahiyyat və İslam Araşdırmaları Fakültəsinin təqaüddə olan professoru Seyyid Məhəmməd Baqir Hüccəti 1932-ci ildə Babul şəhərində dünyaya gəlib.

İranda Quran və hədis elmlərinin ilk müəllimi və əslində bu elmin əsasını qoyan şəxs olub.

Fəlsəfə sahəsində doktorluq dərəcəsi almış Seyid Məhəmməd Baqir Hüccəti Tehran İlahiyyat Fakültəsində ustad Mürtəza Mutəhhəri ilə birlikdə çalışıb. Sinif yoldaşları arasında Abdullah Cavad Amuli və mərhum Həsənzadə Amuli də olub.

Dr. Höccətinin yarım əsrdən artıq akademik tədris təcrübəsi ilə yanaşı, həyatının ən dəyərli bəhrəsi yetişdirdiyi tələbələr olub. Təvazökarlığı, elm öyrətməyə olan sevgisi və tələbələri ilə yaxın münasibəti onun seçilən xüsusiyyətləri arasında idi.

4292406

Teqlər: iran ، Quran alimləri ، hədis ، elm
captcha