IQNA

Amerikalı dünya çempionu atlet İslamı qəbul edib

4:32 - July 06, 2025
Xəbər sayı: 3498477
İQNA - Dünya çempionu olmuş və Paris Olimpiadasında medal qazanmış tanınmış amerikalı atlet İslam dinini qəbul edib.

 

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, tanınmış amerikalı atlet Fred Kerley “Instagram” səhifəsində paylaşdığı bir videoda İslam dinini seçdiyini elan edib.

30 yaşlı Kerley Birləşmiş Ərəb Əmirliklərindəki bir məsciddə kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

Kerley dünya çempionatlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. O, həmçinin Tokio 2020 Yay Olimpiya Oyunlarında 100 metr qaçışında gümüş, Paris 2024 Olimpiadasında isə bürünc medal əldə edib.

kod

4292719

Teqlər: amerika ، dünya çempionu ، İslam ، din
captcha