IQNA

Livan Hizbullahının Baş katibi:

Müqavimət İsraillə münasibətlərin normallaşdırılması zillətini qəbul etməyəcək

11:06 - July 07, 2025
Xəbər sayı: 3498482
İQNA - Livan Hizbullahının baş katibi Aşura günü münasibətilə etdiyi çıxışda sionist rejimin işğalı ilə mübarizədə müqavimətin davam etdiriləcəyini vurğulayıb və deyib: “Biz meydan adamlarıyıq və müqavimətin alovu, bütün çətin şərtlərə baxmayaraq, yanmaqda davam edəcək. Livan müqaviməti İsrail rejimi ilə münasibətlərin normallaşdırılması kimi bir zilləti qəbul etməyəcək.”

“İQNA”-nın “əl-Mənar” xəbər saytına istinadən verdiyi məlumata görə, Şeyx Nəim Qasim Aşura gününün yaxınlaşması münasibətilə etdiyi çıxışda bildirib:

“Bu il İmam Hüseynin (ə) əzadarlıq məclislərində xalqın geniş iştirakı çox təsirli və diqqətəlayiq idi. Biz İmam Hüseynə (ə) onun yoldaşlarının batil qarşısında dediyini deyirik: “Səni tərk etmərik! Biz bu Aşura mərasimlərində iştirak etdik və bir daha söz verdik ki, bu yolu davam etdirəcəyik.”

O əlavə edib:

“Biz Livanda ölkəmizi müdafiə etmək üçün İsrail düşməni ilə qarşı-qarşıyayıq və bu müdafiə davam edəcək. Qoy bütün dünya bizi bu yoldan döndərmək üçün birləşsin – biz bu işin azadlıq borcu olduğuna inanırıq.”

Livan Hizbullahının baş katibi daha sonra deyib:

“Bu müqavimət İmam Musa Sadrın və ümmətin şəhidlərinin ağası Seyyid Həsən Nəsrullahın müqavimətidir. Şərait nə qədər çətin olsa da, müqavimətin kökləri alovlu və işıqlı qalacaq. Bu müqaviməti qoruyacağıq, çünki bu bir əmanətdir və biz bölgədə işğala qanuni don geyindirmək prosesinin bir hissəsi olmayacağıq. Normallaşmanı – ki, bu bir zillətdir – qəbul etməyəcəyik. Düşmən hələ də təcavüzlərini davam etdirərkən biz necə müqavimətdən əl çəkə bilərik? Biz bu qarşısında sükut edə bilmərik, çünki şəhidlərin qanı boynumuzda olan bir əmanətdir”.

4292832

Teqlər: livan ، hizbullah ، Şeyx nəim ، israil
captcha