“Əl Heyətul-Vətəniyyə Lilalam” saytının xəbərinə görə, hesabatın digər bir hissəsində bu rəqəmlərin inteqrasiya siyasətlərinin artıq ömrünü başa vurduğunu və daha əhatəli, daha təsirli yanaşmaların araşdırılması zamanının çatdığını göstərdiyi qeyd edilib.
“ISESCO”-nun baş direktorunun müavini Dr. Amira əl-Fazil konfransda çıxışı zamanı bildirib ki, islamofobiya artıq yalnız müsəlmanların narahatlığı deyil, cəmiyyətləri təhdid edən, ədalət və sülh dolu bir dünya qurmaq səylərini pozan bir hadisədir.
O əlavə edib ki, bu, cəmiyyətləri təhlükə altına atan, ədalət və birgəyaşayışın təməlini sarsıdan qlobal bir təhdiddir.
“Bu fenomenin kökündə İslama qarşı qorxunu alovlandıran, onu zorakılıq dini kimi təqdim edən və mediada istismar olunan bir ritorika dayanır”, – deyə “ISESCO” baş direktorunun müavini bildirib. O, islamofobiyanın radikalizmə və zorakılığa əlverişli bir mühit yaratdığını, ictimai harmoniyanı zəiflətdiyini və sivilizasiyalararası dialoqu əngəllədiyini deyib.
O həmçinin qeyd edib ki, müsəlmanlara qarşı hər cür ayrı-seçkilik cinayət hesab edilməli, təhsil və medianın rolu gücləndirilməli, nifrət ritorikasının yayılmasının qarşısını almaq üçün rəqəmsal platformaların monitorinqi effektivləşdirilməlidir.
4295169