IQNA

İslam Əməkdaşlıq Təşkilatının Qəzza böhranı ilə bağlı fövqəladə iclası

10:03 - July 23, 2025
Xəbər sayı: 3498574
İQNA - Sionist rejimin Qəzzaya hücumlarını və İslam müqəddəs məkanlarına təcavüzlərini artırmasının ardınca, İslam Əməkdaşlıq Təşkilatı Fələstindəki hadisələri dərhal müzakirə etmək üçün daimi nümayəndələrin fövqəladə iclasını keçirəcək.

“İQNA”-nın “Ər-Rayə” xəbər saytına istinadla verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı iyulun 23-ü, üzv ölkələrin daimi nümayəndələri səviyyəsində İcraiyyə Komitəsinin fövqəladə iclasını Ciddə şəhərində keçirəcək.

İclasın əsas mövzusu, xüsusilə də işğal olunmuş ərazilərdə, o cümlədən Xəlildəki İbrahimi məscidində baş verən hücumlar olmaqla, sionist rejimin Fələstin xalqına qarşı davamlı təcavüzləri və Fələstindəki son hadisələrin müzakirəsi olacaq.

Bu iclas elə bir şəraitdə keçirilir ki, Qəzza zolağı sionist işğalçı rejimin soyqırım, məqsədli aclıq və genişmiqyaslı məcburi köçürmə də daxil olmaqla cinayətləri nəticəsində görünməmiş bir humanitar böhranla üz-üzədir. Eyni zamanda, ibadət məkanlarına hücumlar da artmaqdadır.

Qəzza müharibəsi zamanı ərzaq böhranı fəlakətli səviyyəyə çatıb və milyonlarla insan ciddi qida, içməli su və dərman çatışmazlığından əziyyət çəkir. Sionist rejimin tam mühasirəsi və həyati infrastruktur obyektlərini hədəfə alması humanitar yardımın paylanma sistemini iflic edib və mülki əhali, xüsusilə də uşaqlar arasında geniş aclıq təhlükəsini ciddi şəkildə artırıb.

4295692

captcha