IQNA

İspaniyanın Kataloniya vilayətində islamofobiyanın artması

7:06 - August 01, 2025
Xəbər sayı: 3498624
İQNA - Yayımlanan hesabatlara əsasən, İspaniyanın Kataloniya vilayətində islamofobiya hadisələri artmaqdadır.

“İQNA”-nın İspaniya “Əl-Ərəbi” veb saytına istinadən verdiyi məlumata görə, Kataloniya vilayətində islamofobiya ilə bağlı hesabatların sayı artır. Belə ki, 2022-ci ildən etibarən bu vilayətin polisi nifrət əsaslı bu cür cinayətlərin qeydə alınmasına başlayıb və bu sahədə statistikalar üç dəfə artım göstərib.

Polisin hesabatına görə, 2022, 2023 və 2024-cü illərdə Kataloniyada müvafiq olaraq 22, 36 və 72 islamofobiya hadisəsi qeydə alınıb.

Kataloniya polisi “Əl-Pais” qəzetində dərc olunan açıqlamasında bildirib ki, sosial şəbəkələr irqçilik və yad düşmənçiliyi mesajlarının yayılması üçün bir platformaya çevrilib.

Bu mövzu ilə bağlı Barselona Avtonom Universitetinin (UAB) Siyasi Elmlər və Sosialogiya Fakültəsinin professoru Jordi Mir qeyd edib ki, bu artımın islamofobik cinayətlərin sayının faktiki olaraq artması ilə bağlı olub-olmadığını, yoxsa sadəcə insanların bu cinayətləri daha çox hesabatlaşdırmağa meylli olması ilə əlaqəli olduğunu dəqiq deyə bilməz.

Bu universitet ustadı əlavə edib ki, tarixi baxımdan cəmiyyətimizdə islamofobiya həmişə mövcud olub və bəzi dövrlərdə daha kəskin formada müşahidə edilib. O vurğulayıb: “Hazırda bu cür dövrlərdən birini yaşayırıq və bu vəziyyətin ifrat sağçı siyasi hərəkatın yüksəlişi ilə birbaşa əlaqəsi var”.

İspaniyada yaşayan Mərakeş əsilli siyasi fəal Ömər Əbdəli bildirib ki, Kataloniyada islamofobiyanın artmasına bir sıra amillər səbəb olur. O əlavə edib: “Bir ifrat sağçı partiyanın meydana çıxması, İslamı cinayət və təhlükə ilə əlaqələndirir və sosial şəbəkələrdə yalan məlumatlar yayır”.

Kataloniya polisi isə qeyd edib ki, sosial şəbəkələrdə nifrət və təfriqə yaymaq, yalan xəbərlərin yayılmasına səbəb olur. Onlar bildirirlər ki, sosial şəbəkələrdə yayılan bir hadisə Fransada və bir mərakeşlinin iştirakı ilə baş verdiyi iddia olunur, lakin təhlillər göstərir ki, bu hadisə dörd il əvvəl Belçikada baş verib və iştirakçısı da mərakeşli deyil.

4297333

captcha