“Əl-Cəzirə”nin verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi bu gün, çərşənbə axşamı açıqlayıb ki, yalnız son 24 saat ərzində 75 şəhid və 370 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib.
Sionist rejiminin 7 oktyabr 2023-dən bəri Qəzzaya qarşı başladığı müharibədən bu yana fələstinli şəhidlərin sayı 62 min 819 nəfərə, yaralıların sayı isə 158 min 629 nəfərə çatıb.
Nazirliyin açıqlamasına əsasən, 18 mart 2025-dən bu günə qədər isə ən azı 10 min 975 nəfər şəhid, 46 min 588 nəfər yaralı qeydə alınıb.
Qəzza Səhiyyə Nazirliyi bəyan edib: “Qurbanların arasında böyük bir qrup şəhid, humanitar yardımları almaq istəyərkən həyatını itirənlərdir. Yalnız son sutkada bu qrupdan 17 şəhid və 122 yaralı xəstəxanalara çatdırılıb”.
Beləliklə, “çörək uğrunda şəhid olanların” sayı 2 min 140 nəfərə, bu kateqoriyadan olan yaralıların sayı isə 15 min 737 nəfəri keçib.
4301793