IQNA

Sionist rejiminin Avstraliyanın İrana qarşı addımına dəstəyi

10:10 - August 27, 2025
Xəbər sayı: 3498765
İQNA - Sionist rejiminin Avstraliyadakı səfirliyi dərhal Avstraliya hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı atdığı addımı alqışlayaraq bəyanatda bildirdi: “Bu, uzun müddətdir tələb etdiyimiz bir addım idi”.

“İQNA”-nın “Raşatudi”-yə istinadla verdiyi xəbərə görə, Avstraliyanın baş naziri Entoni Albanizenin Kanberranın SEPAH-ı “terrorçu təşkilatlar” siyahısına salacaq qanunu qəbul edəcəyi barədə açıqlamasının ardından, sionist rejiminin Avstraliyadakı səfirliyi bu anti-İran addımını alqışladı.

Raşatudi televiziyasının məlumatına əsasən, bəyanatda iddia olunub: “Bu, bizim dəstəklədiyimiz bir addımdır. İran rejimi təkcə yəhudilər və İsrail üçün deyil, həm də bütün dünya, o cümlədən Avstraliya üçün təhlükədir. Bu addım qəti və mühüm bir addım idi”.

Avstraliya avqustun 26-sı, çərşənbə axşamı İrana qarşı atdığı addımda, Tehranın Sidney və Melburn şəhərlərində baş vermiş iki yəhudi əleyhinə hücumda rolunun olduğunu iddia edərək, İran səfirini ölkədən qovduğunu və Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığını bəyan edib.

Avstraliya düşmənçilik mövqeyi ilə və əsassız bəhanələrlə bu ölkədəki İran səfirini qovdu.

4301785

Teqlər: avstraliya ، səfir ، iran ، sionist rejim
captcha