IQNA

Livan hökumətində “Müqavimətin silahsızlaşdırılması”na etiraz olaraq şiə nazirlər iclası tərk etdilər

17:50 - September 06, 2025
Xəbər sayı: 3498814
İQNA - Gərgin siyasi gedişat fonunda, Livan Nazirlər Kabinetinin Baabda sarayında keçirilən iclası ABŞ-ın yalnız dövlətin əlində silahların cəmlənməsi və Hizbullahın silahsızlaşdırılmasına dair təklifi müzakirə olunarkən şiə nümayəndələrin etiraz əlaməti olaraq iclası tərk etməsi müşayiət olunub.

“İQNA”-nın “Əl-Nəşrə”yə istinadla verdiyi xəbərə görə, diqqətçəkən siyasi hadisə belə baş verib: “Baabda sarayında hökumət iclası başladıqdan az sonra Livan ordusunun komandanı Rudolf Haykal zalda göründü və bundan sonra müqavimətə bağlı nazirlər iclasdan çıxıblar”.

İclas mərhum deputat Həsən ər-Rəfainin xatirəsinə bir dəqiqəlik sükutla açılıb. Lakin çox keçmədən şiə nazirlər baş nazirin iqamətgahı olan Baabda sarayını tərk etmədən yalnız zalı boşaldıblar.

Səhiyyə naziri Rəkan Nasirəddin və Əmək naziri Məhəmməd Heydər iclas başlayandan bir neçə dəqiqə sonra zalı tərk ediblər, amma saraydan çıxmayıblar. Bu hadisə general Rudolf Haykalın zalda görünməsindən sonra baş verib.

“Əl-Nəşrə”nin Baabdadakı müxbirinin bildirdiyinə görə, Livanın inzibati inkişaf naziri Fadi Məki də sarayı tərk etmədən zalı boşaldıb.

Bundan sonra Livan əmək naziri Məhəmməd Heydər belə açıqlama verib:

“Bizim hökumət iclasını tərk etməyimiz ABŞ-ın təklifinə qarşı mövqeyimizin ifadəsidir.”

O, “Əl-Mənar”la müsahibəsində əlavə edib: “Ordu komandanı hazırda hökumət iclasında öz layihəsini təqdim edir və biz nəticələri gözləyirik. Bundan sonra mövqeyimizi müəyyən edəcəyik. Əlaqələr davam edir.”

Heydər vurğulayıb: “Şiə cəmiyyətinin iştirakı olmadan verilən hər hansı qərar qeyri-qanuni və Milli Paktın əksinədir. İclas başa çatmamış, növbəti addımlar barədə danışmaq mümkün deyil.”

O, həmçinin bəyan edib: “Biz Baabda sarayını tərk edirik və bu gün iclasa geri dönməyəcəyik. Ordu komandanı gəlməmişdən öncə gündəliyin ilk üç bəndi müzakirə olunmuşdu.”

Qeyd edək ki, hazırkı Livan hökuməti – prezident Cuzef Aun və baş nazir Nəvaf Səlamın rəhbərliyi ilə – daxili və xarici təzyiqlər altında, silahların yalnız dövlətin əlində toplanması, xüsusilə də Hizbullahın silahsızlaşdırılması məsələsini gündəliyə daxil edib. Lakin bu təşəbbüs Hizbullah və Əməl hərəkatına bağlı nazirlərin kəskin etirazı ilə üzləşib. Onlar bu addımı ABŞ tərəfindən diqtə olunmuş, Livanın milli maraqlarına zidd qərar hesab edirlər.

4303476

Teqlər: livan ، hizbullah ، nazir ، amerika
captcha