IQNA

Macarıstanda Qəzza uşaqlarının xatirəsinə şam yandırıldı

12:12 - September 08, 2025
Xəbər sayı: 3498827
İQNA - Budapeştdə yüzlərlə nəfər, sionist rejimin 7 oktyabr 2023-dən Qəzzaya qarşı həyata keçirdiyi soyqırım müharibəsi nəticəsində şəhid olan 20 mindən çox fələstinli uşağın xatirəsinə keçirilən şam yandırma mərasimində iştirak edib. Bu tədbir Fələstinin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, mərasimdə 60-dan çox ölkənin səfiri və rəsmi nümayəndəsi, həmçinin siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, fələstinli və beynəlxalq icmaların təmsilçiləri iştirak ediblər.

Fələstin səfiri Fadi əl-Hüseyni dərin kədər və qəzəbini ifadə etməklə yanaşı, azadlıq və ədalət ümidini də vurğulayıb.

Mərasimin ən insani və təsirli anı isə Qəzzaya edilən hücumlardan sağ çıxmış yeddi yaşlı fələstinli qızcığazın səhnəyə çıxaraq qısa, amma ümid dolu mesajını çatdırması olub.

Daha sonra ağ balonlar və sülh göyərçinləri səmaya buraxılıb ki, bu da uşaqların sülh və məsumiyyətinin simvolu kimi təqdim edilib. İştirakçılar bir dəqiqəlik sükut edib, şamlar yandırıblar və bu, dərin təsir bağışlayan bir mənzərə yaradıb.

Fələstin səfirliyi bildirib ki, bu cür anlar fələstin xalqına müqavimət yolunda və ədalətlə azadlığa nail olmaq uğrunda mübarizəni davam etdirmək üçün güc və iradə verir.

4303687

captcha