IQNA

İraqda beynəlxalq qarilərin hazırlıq kursunun üçüncü mərhələsi keçirilib

11:49 - October 08, 2025
Xəbər sayı: 3499002
İQNA - Əbəlfəzl Abbasın (ə) Müqəddəs Hərəminə bağlı Qurani-Kərim Elmi Mərkəzi beş müsəlman ölkəsinin nümayəndələrinin iştirakı ilə Nəcəfdə Qurani-Kərimin beynəlxalq qarilərini hazırlamaq üçün üçüncü mərhələni başlayıb.

“İQNA”-nın “Əl-Kəfil” portalına istinadən verdiyi xəbərə görə, bu tədris kursu Nəcəfdə yerləşən Qurani-Kərim Elmi Mərkəzi tərəfindən, Əbəlfəzl Abbasın (ə) Müqəddəs Hərəminə tabe olan Qurani-Kərim Akademiyasının nəzdində, 1447-ci hicri ili üçün nəzərdə tutulmuş “Quran layihəsi” çərçivəsində təşkil olunub.

Kursun müəllimlərindən biri, Şeyx Mehdi Qələndər əl-Bəyati bildirib ki, bu mərkəz İraq və Misir üslubları əsasında qarilərin hazırlığı üzrə üçüncü kursu İraq, İran, Pakistan, Tanzaniya və Əfqanıstandan olan 27 ilahiyyat tələbəsinin iştirakı ilə başladıb. Kurs, ixtisaslı mütəxəssislərin nəzarəti altında intensiv tədris proqramını əhatə edir.

O əlavə edib ki, kursun tədris proqramı iştirakçıların səs bacarıqlarının gücləndirilməsinə, onların ləhcə və tərənnüm qabiliyyətlərinin inkişafına yönəlib, həmçinin Qiraətin qabaqcıl texnikaları üzrə praktiki təlimlər də daxil edilib. Bu təlimlər iştirakçıları Quran məclislərində və rəsmi Quran proqramlarında tilavət üçün yetərli səviyyəyə çatdırmağı hədəfləyir.

O, kursun iki mərhələdən ibarət olduğunu da qeyd edib:

Birinci mərhələ — ilkin mərhələdir və burada iştirakçılar tilavətin əsas prinsipləri və icra standartları ilə tanış olurlar.

İkinci mərhələ isə — ixtisaslaşma mərhələsidir; bu mərhələ onların təcrübəsini daha da dərinləşdirir, ustalıq səviyyələrini artırır və onları müqəddəs ziyarətgahlar, məscidlər, hüseyniyyələr və İraq daxilində və xaricindəki dini məktəblərdə keçirilən “Quranla üns” proqramlarında iştirak etməyə hazırlayır.

4309413

captcha