“İQNA”-nın “Reuters”-ə istinadla verdiyi xəbərə görə, polis açıqlayıb: “Cümə namazı zamanı Cakartadakı bir məktəb kompleksinin daxilində yerləşən məsciddə baş verən partlayışdan sonra onlarla insan yaralanıb və xəstəxanaya yerləşdirilib. Polis hadisənin səbəbini müəyyən etmək üçün Cakartanın şimalındakı Klapa Qading bölgəsində araşdırma aparır”.
Xəstəxanaya yerləşdirilənlərin sayı 54 nəfərdir. Yaralıların xəsarətləri yüngüldən ağıradək dəyişir və yanıq xəsarətləri də daxildir. Televiziya görüntülərində polis və xilasetmə qüvvələrinin məscidin ətrafında olduğu görünür. Partlayışın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.
4315299