IQNA

Qətərdə “Şeyx Casim” Quran Müsabiqəsinin qaliblərinə təltif

16:56 - November 27, 2025
Xəbər sayı: 3499291
İQNA - Qətərin Vəqflər və İslam İşləri naziri ölkədə keçirilən 30-cu Şeyx Casim bin Məhəmməd bin Sani Quran Müsabiqəsinin qaliblərini bir mərasimdə təltif edib.

“Əl-Şərq” qəzetinin məlumatına görə, Şeyx Casim Quran Müsabiqəsinin qaliblərinin təltif mərasimi Dohadakı Şeraton otelində keçirilib və tədbirdə alimlər, təbliğatçılar, qarilər, dövlət qurumlarının rəsmiləri, elmi və tərbiyəvi təşkilatların nümayəndələri, həmçinin xarici qonaqlar iştirak ediblər.

Bu yarışlar Quranı əzbər bilmək üzrə təşkil olunub və Qətərin Vəqflər və İslam İşləri naziri Seyid Ğanim bin Şahin əl-Ğanim müsabiqənin müxtəlif bölmələrində — Qətər vətəndaşları, xüsusi hafizlər və ümumi hafizlər üzrə — ilk beş yerin sahiblərini təltif edib.

Müsabiqənin Təşkilat Komitəsinin sədri Seyid Malullah bin Abdurrahman əl-Cabir çıxışında bildirib ki, bu müsabiqələr ilk dəfə 1993-cü ildə başlanıb və Qətər dövlətinin banisi Şeyx Casim bin Məhəmməd bin Saninin adı daşıyır.

O əlavə edib: “Biz bu axşam həm Qətər vətəndaşlarını, həm də bu ölkədə yaşayan qardaşlarımızı (qeyri-qətərliləri) təltif etmək üçün toplaşmışıq. Onlar bu yarışda iştirak etmək və Quranı əzbər öyrənmək üçün vaxtlarını sərf ediblər.”

Mərasimin sonunda Qətərin Vəqflər naziri münsiflər heyətinin üzvlərini və qalibləri təltif edib. Bu dövrün münsiflər heyətinə Misirin keçmiş “şeyxül-qurra”sı Şeyx Əhməd İsa əl-Musərahavi rəhbərlik edib.

Yarışların kənarında Qətərdəki “İmam Məhəmməd bin Əbdülvəhhab” Böyük Məscidində əlavə sərgi təşkil olunub və sərgi noyabr ayının 23-dək ziyarətçiləri qəbul edib.

Şeyx Casim Quran Müsabiqəsinin əlavə sərgisi tarixi biliklərin, interaktiv təcrübələrin və Allahın kitabı ilə əlaqəni gücləndirən hədəfli fəaliyyətlərin birləşməsi ilə Quran tədris mərkəzlərində, Quran müsabiqələrində, tədris proqramlarında və rəqəmsal Quran layihələrində təşkilati səylərin tarixçəsini təqdim edirdi.

4319304

Teqlər: qətər ، quran ، müsabiqə ، qaliblər
captcha