IQNA

Həzrət Fatimənin (s.ə) mövludu və “İffət həftəsi” münasibətilə Həzrət Əlinin (ə) hərəminin hazırlıqları

4:27 - December 08, 2025
Xəbər sayı: 3499362
İQNA - Həzrət İmam Əlinin (ə) Müqəddəs Hərəmi, Həzrət Fatimə Zəhranın (s.ə) mövlud ildönümünü və “İffət həftəsi”ni qeyd etmək üçün texniki və logistika hazırlıqlarına başlayıb.

“İQNA”-nın Müqəddəs İmam Əli (ə) Hərəminə istinadən verdiyi xəbərə görə, bu proqram 11 günlük tədbirlər çərçivəsində həyata keçiriləcək. Tədbirlər 21 müxtəlif fəaliyyət növünü əhatə edir və 26 min nəfərdən çox iştirakçının – tələbələrin, həddi-büluğa çatmış qızların və Həzrət Əmirəlmöminin (ə) xidmətçilərinin ailələrinin – qatılması nəzərdə tutulur. 

Müqəddəs İmam Əli (ə) Hərəmi həmçinin “İffət həftəsi” və Həzrət Fatimə Zəhranın (s.ə) mövludu münasibətilə bannerlər dərc edib. 

Hərəmin parça yazıları bölməsinin rəhbəri Xadim Heydər Abdullah bildirib ki, Hərəmin Baş Katibliyi bu tədbir üçün banner və bayraqların hazırlanmasını başa çatdırıb. Hazırlanan materiallar arasında 8 çətir, 36 dəstə gül və 48 panel var. Bunlar hərəmin daxilində və divarlarında yerləşdiriləcək ki, tədbirin ruhunu əks etdirsin və həftəlik fəaliyyətlər üçün münasib mühit yaratsın. 

Bu səylər Müqəddəs İmam Əli (ə) Hərəminin Baş Katibliyinin Həzrət Fatimə Zəhranın (s.ə) mübarək mövluduna layiq səviyyədə tədbirlər təqdim etmək istiqamətindəki diqqətini göstərir və hərəmin müsəlman qadınlara verdiyi önəmi nümayiş etdirir. 

 

4321582

captcha